S.Fettel FW14 ilə şou göstərəcək

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bazar günü Naycel Mənsellin 1992-ci ildə çempion olduğu Williams-la şou yürüyüşü edəcək.

F-1.az bildirir ki, Williams-ın 1992-ci il bolidi FW14 həmin mövsüm çıxdığı 16 yarışın 9-da qələbə qazanmışdı.

Sebastyan Fettel: “Gözəl vaxt keçirməyi və insanları əyləndirməyi gözləyirəm, çünki o inanılmaz boliddir. Onun uğurlarını düşünəndə bazar gününü səbirsizliklə gözləyirəm. Ona yanacaq tapmaq çətin idi, amma tapdıqdan sonra işimiz asanlaşdı. Bir az sürəndən sonra hər şeyi anladıq.

Bazar günü görəcəksiniz ki, bolidin 30 il əvvəlki halından fərq yoxdur. Bolidi limitlərdə sürməsəm də, həzz alacam. Məncə, əyləncəli olacaq və insanlar da həzz alacaqlar. Avtoidmanı sevirik və onunla böyümüşük. Uşaq olanda bu maşınları sürməyi xəyal edirdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*