19 Avqust 2019, Bazar ertəsi - 09:42

Formula1-in teleauditoriyası azalıb

Formula1-in teleauditoriyası azalıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:00 - 18 Fevral, 2013

Bir neçə il əvvəl Böyük Britaniyada Sky Sports telekanalı Formula1 yarışlarını pullu yayıma keçirərkən azarkeşlərin tənqid atəşinə tutulmuşdu: indi azarkeşlər […]

Bir neçə il əvvəl Böyük Britaniyada Sky Sports telekanalı Formula1 yarışlarını pullu yayıma keçirərkən azarkeşlərin tənqid atəşinə tutulmuşdu: indi azarkeşlər bütün Qtan Priləri, sıralanma turlarını və sərbəst yürüşləri canlı yayımda izləmək rahatlığı üçün pul ödəyirlər. Ədalət naminə deməliyik ki, Sky Sports bu vəzifənin öhdəsindən əla gəldi və çempionatın traslarından verilən yayım etalon səviyyəyə çatıb. Buna baxmayaraq, yeni vəziyyət müəyyən dərəcədə Formula1 komandalarında əks olunub.

Formula1-də iqtisadi durumun təhlili ilə məşğul olan Britaniyanın işgüzar Formula Money jurnalı aşağıdakı rəqəmləri gətirib: komandalar hər il sponsorlardan 580 milyon funt sterliq alırlar. Reklam qiymətləri astronomikdir, amma nəzərə almaq lazımdır ki, Formula1-in qlobal auditoriyası yarm milyard nəfəri keçib və bununla da Formula1 dünyada ən populyar idman növsü sayılır. Amma məsələ bundadır ki, 2012-ci ildə teleauditoriya 2011-ci illə müqayisədə bir qədər azalıb. Yeri gəlmişkən, Formula1-i pulla yayımlayan ölkələrin sayı artmaqdadır: bu ildən Fransa da onlara qoşulub. Şübhəsiz, bu siyasəti Formula1-in kommersiya başçısı Berni Ekksltoun yeridir və sahibi olduğu idmanı birjada İPO-ya hazırlayır.

Lotus komandasının başçısı Erik Bulyenin fikrincə, əgər Formula1-in pullu yayıma keçmə ənənəsi dünya miqyası alarsa, komandalar reklam və sponsor dəyərlərinə də yenidən baxmalı olacaqlar…

Erik Bulye: “Əlbəttə, biz sponsorlarımıza televiziya statistikasını təqdim edirik, çünki Formula1-in cari biznes modeli Berni Ekklstounun strategiyası sayəsində pulsuz TV çərçivəsində inkişaf edir. Amma biz pulla yayıma keçid taktikasını da izləyirik. Çox güman ki, bu keçid auditoriyanın keyfiyyətini artırır, daha mədəni edir, amma bu ənənə qloballaşarsa, biz sponsor qiymətlərimizi dəyişməli olacayıq.”

Formula Money-nin bildirdiyinə görə, sponsor ödəmələri komandaların büdcəsinin 42%-ni təşkil eidr, amma teleauditoriyanına azalması bu rəqəmin də azalmasına səbəb olacaq. Digər tərəfdən, komandaların gəlirlərinin 63%-i Ekksltounun biznes-strukturlarından mükafat payı olacaq, yəni pullu kanallara keçid Formula One Management-in (FOM) gəlirini artırır. Məsələn, ancaq Britaniyada Formula1-in pullu yayıma keçməsi Berni Ekklstounun tele-gəlirini 25% artırıb.

Bulye bu faktı etiraf etməyə hazırdır, amma keçid ənənəsi hələ erkən inkişaf mərhələsindədir və komandalar onun dinamikasını diqqətlə izləməlidirlər ki, vəziyyətə düzgün yanaşa bilsinlər: “Digər idman növləri pullu yayıma keçəndə gəlirlərin artması görünür, səhv etmirəmsə, İngiltərə premyer liqasının gəliri iki dəfə artmışdı.”

Amma bəzi ölkələrdə teleauditoriyanın azalması çempionat təşkilatçılarını narahat etməyə bilməz: Çində Formula1 auditoriyası 30%, Rusiyada 13% azalıb. Nə qədər paradoksal olsa da, ABŞ Qran Prisinin təqvimə qayıtmasına baxmayaraq, hətta ABŞ-da Formula1 auditoriyası azalıb: yeni Texas trasında uğurla keçən yarış il ərzində tamamaşaçıların sayının 3% azalmasından qoruya bilməyib. Almaniyada da eyni vəziyyət müşaiyət olunub, buna əsas səbəb isə Sebastyan Fettel və Mixael Şumaher üçün mövsümün uğursuz keçməsi olub.

Əlbəttə, artım olan ölkələr də var: Formula1-in Braziliya auditoriyası 87 milyon tamaşaçı olmaqla 8.9% artıb, İspaniyada artım 11.5%, İtaliyada isə 15% təşkil edib – bunun əsas səbəbi isə Fernando Alonsonun Ferrari-nin sükanı arxasında çıxışları olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 370
Teqlər , , , , , , , , , ,
Paylaş

logo