22 Sentyabr 2019, Bazar - 00:12

McLaren ilk yarışı başa vura biləcək?

McLaren ilk yarışı başa vura biləcək?

Müəllif: Rauf Hacıyev, redaktor

17:26 - 17 Mart, 2017

McLaren komandasının idman direktoru Erik Bulye çətin keçən testlərdən sonra bildirib ki, Avstraliya yarışını bitirməyə bilərlər.

F-1.az xatırladır ki, Honda 2017-ci ilə tamamilə fərqli mühərrik konsepti ilə başlasa da, testlərdə etibarsızlıq problemləri ilə üzləşmişdi. McLaren komandası testlərin ən az dövrə vuran və yarışı imitasiya etməyən yeganə komandası olmuşdu. Britaniyalıların heç bir sürücüsü ardıcıl 11 dövrə vura bilməmişdi.

Erik Bulye
: “Melburnda finişə çata biləcəyik? Bilmirəm. Ümid edirəm. Gözlədiyimizdən çox problem var. Bilirdik ki, problemlər çıxacaq, amma bu qədər yox. Problemlərin sayını azaltmaq və sürətli getməyə çalışırıq.

Bəzi hədəflər qoyduq. Boliddəki bütün detalları təkmilləşdirməyə çalışdıq. Bolidin təməli yaxşıdır və Avstraliyada çoxlu yeniliklərimiz olacaq.

Honda-nın hansı səviyyədə olacağını bilmirəm, amma yaxşı paket ala bilsək, rəqabətə davamlı olacağıq.

Yeni konseptlə bağlı bəzi problemlər var və buna görə də çox işləməliyik. Problemlərin vaxtsız gəlməsi bizim üçün pis oldu. Bunları martda yox, yanvarda həll etməli idik. İki ildir ki, qələbə qazanmaq üçün çoxlu işlədik. Orada olmaq üçün mühəndislərimiz çox əziyyət çəkməlidirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 961
Teqlər , , ,
Paylaş

logo