S.Fettel: “Növbəti yarışlarda güclü olacayıq”

Sebastyan Fettel mövsümün ilk yarısındakı uğursuz çıxışdan sonra Belçikada yenidən yüksəlişə keçəcəklərinə inanır..

F-1.az xatırladır ki, Fettel ilk 12 yarışda qalib gələ bilməyib və son yarışlarda Rəykkönen ilə bir yerdə Red Bull-un gerisində qalıb. Amma Fettel nikbinliyini qoruyur: “Son yarışlar bizim üçün çətin keçdi, amma bu yarışlardan çox şey öyrəndik. Yarışlarda bolid barədə çoxlu məlumatlar toplayırıq və daha çox şey öyrənirik. Mövsümün əvvəlində pis nəticələr alsaq da, inamımızı itirməməli və əzmlə işləməyə davam etməliyik. Ferrari olaraq ön qrupda mübarizə apara bilməmək bizi məyus edir.

Sözün açığı, nə etməli olduğumuzu bilirikş İlk yarışlar pis keçdi deyə planlarımızı dəyişdirməyəcəyik. Növbəti yarışlarda güclü olacağımıza inanıram. Təbii ki, rəqiblərimiz də inkişaf edəcək. Amma biz öz işimizi görsək, uğurlu olacayıq. Məqsədimiz davamlı inkişaf etməkdir. Ən azından çatışmazlıqlarımızı bilirik və bunları aradan qaldırmaq üçün işləyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*