Rəsmən: K.Rəykkönen Ferrari-də qalır

Ferrari finlandiyalı sürücüsü Kimi Rəykkönenin daha bir il komandada qalacağını elan edib. Qısa məlumatda bildirilir ki, Kimi ilə texniki və idman müqaviləsinin müddəti uzadılıb. Beləliklə o, 2018-ci ildə də Ferrari ilə çıxışını davam etdirəcək.

F-1.az xatırladır ki, Ferrari-nin növbəti il üçün sürücü heyətini Monsta yarışı ərəfəsində elan edəcəyi gözlənilirdi. Lakin Rəykkönenlə bağlı qərar artıq açıqlanıb. Çox güman ki, gələn həftə Sebastyan Fettellə də müqavilənin uzadıldığı elan ediləcək. Lakin bir çoxlarını düşündürən sual budur: Fettellə birillik müqavilə bağlanacaq, yoxsa uzunmüddətli?

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*