Ş.Lekler: Fettel gedəndən sonra hər şey dəyişdi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Fettel gedəndən sonra komandadakı əhval-ruhiyyə dəyişib.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən ilin sonunda “qırmızılar”ın sırasını tərk edib və onu Karlos Sayns əvəz edib. Fettel keçən mövsüm xal topladığı halda, 27 yaşlı Sayns bu il artıq 20 xal yığıb.

Şarl Lekler: “Fettel gedəndən sonra hər şey fərqli olub. Karlos həmişə motivasiyalı və xoşbəxtdir. Komandadakı ab-hava dəyişib. Keçən il Sebastyanın başına nə gəldiyini hələ də anlamıram. Ümid edirəm ki, bu il yaxşı mövsüm keçirər, çünki o, çox çalışqan və yaxşı insandır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*