Britaniya-2022: İkinci sərbəst yürüşlər

İkinci məşqlərdən əvvəl hava düzəlib, azarkeşlər çətirləri günəşə qarşı eynəklərlə əvəzləyiblər. Tribunalar tam dolub.

F-1.az bildirir ki, tras tamamilə quruyub və komandalar ilk sessiyada itirdikləri vaxtı kompensasiya etməyə çalışıblar. Bir çox yenilik gətirilib, həm onları yoxlamaq, həm də sazlanmalar və təkərlər üzərində işləmək lazım olub. Hamı ilk dəqiqələrdənboksları tərk edib.

Williams komandası qırmızı aerodinamik boyadan istifadə edib. Lakin yeniliklər yalnız Elbonun maşınında olub, Latifi isə köhnə paketlə işləyib. Mercedes, AlphaTauri, Haas, Alfa Romeo və Aston Martin sürücüləri proqramı bölüşüblər – vaxta qənaət etmək üçün müxtəlif tərkiblərlə trasa çıxıblar. Güclü külək bir neçə dəfə trasdan çıxmalara səbəb olub, lakin geniş qaçış zolaqları qəzaların qarşısını alıb.

Həmilton və Sayns güclü yırğalanmadan, Qasli asfaltla ilişmənin azlığından, Lekler isə ötürmələr qutusundan şikayətlənib. Fettel maşının altlığını zədələyib və xeyli vaxt itirib. Okon isə yan pantonda yaranan çata görə məşqləri vaxtından əvvəl başa vurub.

Son yarım saat ərzində sürücülərin çoxu qırmızı təkərlərə keçərək sürətli dövrələr vurublar, lakin yenə də keçən il analoji sessiyadakı nəticədən 2 saniyə yavaş olublar. Protokollara 1:28.942-lik nəticə ilə Karlos Sayns başçılıq edib. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:28.942 28
2 44 Lyuis Həmilton Mercedes 1:29.105 + 0:00.163 21
3 4 Lando Norris McLaren 1:29.118 + 0:00.176 29
4 1 Maks Ferstappen Red Bull 1:29.149 + 0:00.207 18
5 16 Şarl Lekler Ferrari 1:29.404 + 0:00.462 25
6 14 Fernando Alonso Alpine 1:29.695 + 0:00.753 19
7 11 Serxio Peres Red Bull 1:29.753 + 0:00.811 17
8 63 Corc Rassell Mercedes 1:29.799 + 0:00.857 29
9 3 Daniel Rikkardo McLaren 1:29.902 + 0:00.960 26
10 18 Ləns Stroll Aston Martin 1:29.942 + 0:01.000 17
11 77 Valtteri Bottas Alfa Romeo 1:30.000 + 0:01.058 29
12 5 Sebastyan Fettel Aston Martin 1:30.057 + 0:01.115 20
13 31 Esteban Okon Alpine 1:30.238 + 0:01.296 12
14 23 Aleksander Elbon Williams 1:30.263 + 0:01.321 14
15 24 Quanyu Çjou Alfa Romeo 1:30.271 + 0:01.329 27
16 22 Yuko Tsunoda AlphaTauri 1:30.338 + 0:01.396 29
17 20 Kevin Maqnussen Haas 1:30.480 + 0:01.538 27
18 10 Pyer Qasli AlphaTauri 1:30.510 + 0:01.568 28
19 47 Mik Şumaxer Haas 1:30.609 + 0:01.667 29
20 6 Nikolas Latifi Williams 1:31.326 + 0:02.384 27
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*