18 Avqust 2019, Bazar - 08:50

Renault ispan sürücü istəyir?

Renault ispan sürücü istəyir?

Müəllif: Rauf Hacıyev, redaktor

16:04 - 24 Fevral, 2017

Renault komandası gələcəkdə ispaniyalı sürücü ilə yarışmaq istəyir.

F-1.az xatırladır ki, fransızlar keçən il Karlos Sayns ilə danışıqlar aparsalar da, Kristian Horner ispaniyalının keçidinə icazə verməmişdi.

Amma Renault komandası İspaniyanın MAPFRE adlı bir şirkəti ilə sponsorluq müqaviləsi bağlayıb. Komandanın baş marketinq meneceri Tyerri Koskas mövzu ilə bağlı bunları deyib: “Hər şey mümkündür. Mən komandanın baş marketinq meneceriyəm və komandada ispaniyalı sürücünün olması məni sevindirər. Amma Çindən, Braziliyadan və başqa ölkələrdən olan sürücülərlə də işləyə bilərik. İspaniya Renault üçün vacib yerlərdən biridir. Renault markasınım orada güclü mövqeyi var. Buna görə də ispaniyalı sürücüyə sahib olmaq bizi sevindirər.

Amma bizim üçün vacib olan komandaya yaxşı xallar qazandıran sürücünün olmasıdır və bunu düşünərək qərar verəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 990
Teqlər , , ,
Paylaş

logo