F.Massa: “Alonsonun stüardlarla arası yaxşıdır”

Felipe Massa bildirib ki, Alonsonun stüardlarla arası yaxşı olduğu üçün Amerikada cəza almayıb...

F-1.az xatırladır ki, Ostində yarışın sonunda Alonso və Massa insident yaşamışdılar və bu insidentdən sonra braziliyalının təkəri partlamışdı.

Qəza srüardlar tərəfindən araşdırılsa da, Alonsoya heç bir cəza gəlməmişdi. Massa isə bu qərarı birmənalı qarşılamayıb: “Alonso ilə danışdım. Yuxarı rakursdan baxsanız, ötmənin mükəmməl olduğunu görərsiniz. Amma o geridən gəldi və əylənmədi. Mən də döngəyə girirdim. Orada olmasam, düpbədüz gedəcəkdi. Mənə çırpılmasına baxmayaraq, tras xaricinə çıxdı. Trayektoriyanı bağlamağı belə fikirləşmədim, çünki çox geridə idi. Düzünü desəm, fikirləşirəm ki, onun arası stüardlarla yaxşıdır.

Saynsı keçəndə də əyləcə gec basdı və tras xaricinə çıxdı. Son 3 dövrədə bu iki hadisə yaşandı, amma cəza almadı. Bunu başa düşmürəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*