Ferrari də Razılıq Müqaviləsini imzalamayıb

Ferrari komandası da McLaren-lə eyni addımı ataraq, yeni Razılıq Müqaviləsini imzalayıb.

F-1.az bildirir ki, komandalar bu müqaviləni avqustun 18-i imzalayacaqları halda, komandalara təqdim olunan maliyyə bonuslarını ala biləcəklər. Düzdür, ayın sonuna kimi komandalar müqaviləni imzalaya bilər, lakin bonusların verilib-verilməyəcəyi müəmmalıdı.

Ferrari-nin rəhbəri Luis Kamilyeri: “Növbəti 5 ili əhatə edən müqaviləni imzaladığımız üçün sevincliyik. Bu, idmanı daha da böyüdəcək vacib addımdır. Yarışmaq Ferrari-nin genindədir. Ferrari bütün çempionatlarda iştirakmedən yeganə komandadır”.

Formula1-in rəhbəri Çeyz Keri: “Ferrari və Formula1 1950-ci ildən bəri əl-ələ addımlayırlar. Bu tərəfdaşlıq daha 5 il uzanacaq və biz sevincliyik, çünki Ferrari bu idmanın genlərindədir”.

FİA-nın prezidenti Jan Todt: “Ferrari ilə yeni müqavilə bağladığımızçün sevincliyik. Formula1-in gələcəyini stabilləşdirmək üçün üçtərəfli müqavilə oldu. Bura Avtoidmanın zirvəsidir və bu idmanın ən uğurlu komandasının baş rolda olması vacib və təbiidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*