M.Şumaxer Ferrari ilə testlərə çıxacaq?

İtaliya mətbuatının verdiyi xəbərə əsasən, Mik Şumaxer bu il Ferrari-nin gənc sürücü proqramına qatılacağı halda "qırmızılar"la mövsümiçi testlərdə çıxış edəcək.

F-1.az bildirir ki, almaniyalı sürücü ilə həm Ferrari, həm də Mercedes maraqlanır. Əfsanəvi Mixael Şumaxerin oğlu keçən il F3-də Dünya Çempionu olduqdan sonra bu il F2-də yarışacaq. Amma belə görünür ki, gənc Mik atasının dostu Jan Todtun məsləhətiylə Maranelloya transfer oluna bilər.

Mik Şumaxer isə karyerasında addım-addım irəliləmək istəyir: “Addım-addım irəliləmək və yaxşı hazırlaşmaq istəyirəm. Buna görə də ən doğru qərarı verməliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*