S.Fettel Red Bull-da yarışmağa razıdır

Ferrari komandasının sürücüsü Sebastyan Fettel təklif gələcəyi halda, Red Bull-da yarışacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün sonunda Ferrari ilə yollarını ayıracaq, amma dördqat Dünya Çempionunun gələcəyi hələ də müəmmalıdr.

Sebastyan Fettel: “Renault ilə danışıqlar aparsaq da, nəticəsi olmadı. Gördüyünüz kimi onlar fərqli sürücüyə yönəldilər. Mən isə hələ qərar verməmişəm. Tələsmirəm. Hələ də vaxtım var.

Karyerama davam edə bilərəm, bir illik təqaüdə də çıxa bilərəm. Mən mübarizəçi sürücüyəm və bu idmanda çoxlu uğurum oldu. Görək necə olacaq…

Red Bull çox güclü komandadır və onların potensialına keçmişdən bələdəm. Hələ də çox güclüdürlər. Onların yarış qazana bilən maşınları var və mən də birinci yer uğrunda mübarizə aparmaq istəyirəm. Buna görə də mənə təklif göndərsələr, hə deyəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*