B.Ekklstoun: Ferrari hamını yanıltdı

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun düşünür ki, Ferrari və Şarl Lekler bu il çempion ola bilməyəcək.

F-1.az xatırladır ki, Maks Ferstappen hazırda çempionata inamla başçılıq edir və o hazırda ikinci yerdəki Peresdən 46, üçüncü yerdəki Leklerdən isə 49 xal öndədir.

Mühəndislər Kubokunda isə Red Bull 304 xalla birinci, Ferrari isə 228 xalla ikinci yerdədir.

Berni Ekklstoun: “Mən də hər kimi ümid edirdim ki, Ferrari 14 ildən sonra çempionluğu bayram edəcək. Amma indi əminəm ki, kim pulunu Ferrari-nin ya da Leklerin çempionluğuna qoyubsa, onlar uduzublar. Onlar yenidən səhvlər edirlər. Etibarsızlıq problemləri var və sürücülər özlərini yaxşı hiss etmirlər. Belə olan halda isə Maks və Red Bull asanlıqla qələbələr qazanır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*