Ş.Lekler: Tempimiz yaxşı idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Belçikada yaxşı həftəsonu keçiriblər.

F-1.az xatırladır ki, moankolu sürücü Belçika yarışına pouldan başlasa da, yekunda üçüncü olub və bu mövsüm üçüncü dəfə podium qazanıb.

Şarl Lekler: “Tempimiz yaxşı olsa da, Red Bull-la mübarizə aparmaq çətin idi. Temp cəhətdən yaxşı həftəsonu keçirdik. Yarış mənim üçün yaxşı keçsə də, Karlosun mübarizəni dayandırması məyusedici idi, çünki sürətimiz var idi.

Red Bull-la müqayisədə yarış tempi cəhətdən görəcək çox işimiz var, çünki təkər yeyilməsi başda olmaqda çox şeydə güclüdürlər. Buna görə də çox inkişaf etməliyik.

Yanacağa qənaət etməyimi istəyənə qədər problem yox idi. Sonlarda bir az problem yaşasam da, Lyuisi arxamda tuta bildim. Bilirdim ki, sonlarda sürətli dövrə üçün pitə gedəcək və bu da işimi asanlaşdırdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*