Ş.Lekler inana bilmir

Ferrari komandasının sürücüsü Şarl Lekler templərinə inana bilmir.

F-1.az xatırladır ki, monakolu sürücü öz vətənindəki cümə axşamı sərbəst yürüşlərində günü birinci yerdə bağlayıb.

Şarl Lekler: “Nəticəyə görə təəccübləndim. Monakoda çoxlu dövrə vurmaq lazım olsa da, ötürmələr qutusu probleminə görə birinci sərbəst yürüşlərdə vaxt itirdik və sadəcə 4 dövrə vura bildik.

İkinci sessiyada isə özümü yaxşı hiss edirdim və yaxşı dövrələr vurdum. Lakin şənbə günü Mercedes və Red Bull sürətlənə bilər. Buna görə də indidən həyəcana qapılmaq istəmirəm. Görək nə olur. Şənbə gününü gözləməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*