Ş.Gelael Toro Rosso ilə testlərə çıxacaq

Formula2 sürücüsü Şon Gelael 2017-ci ildə Bəhreyn, Macarıstan və Əbu Dabi Qran Prilərində Toro Rosso-nun test və ehtiyat sürücüsü vəzifəsini yerinə yetirəcək.

F-1.az xatırladır ki, Gelael 2013-cü və 2014-cü illərdə Avropa Formula3 seriyasında mübarizə aparıb və müvafiq olaraq 28-ci və 18-ci olub.

20 yaşlı sürücü 2015-ci ildə Formula Renault 3.5 seriyasında çıxış edib və həmin il GP2 seriyasında Carlin komandası ilə xal qazana bilməyib.

İndoneziyalı sürücü 2016-cı ildə Pertamina Campos Racing komandası ilə 22 yarışa çıxıb və bir dəfə podiuma yüksəlib. Qeyd edək ki, Gelael 2017-ci ildə Arden komandası ilə Formula2-də çıxış edəcək.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*