21 İyul 2019, Bazar - 11:02

Ş.Lekler stüardların qərarlı olmasını istəyir

Ş.Lekler stüardların qərarlı olmasını istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

13:07 - 12 İyul, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, FİA həmişə Avstriyadakı kimi qərarlar verməlidir.

F-1.az xatırladır ki, Avstriya yarışında Ferstappen rəqibi Leklerə hücum edərkən iki sürücü yan-yana gəlmiş və nəticədə monakolu sürücü tras xaricinə çıxmışdı. Stüardlar bu hadisəni araşdırsalar da, hollandiyalı sürücüyə cəza verməmişdi.

Şarl Lekler: “İnsidentlə bağlı problemim yoxdur. Amma bundan sonra onlardan qərarlı olmalarını istəyirəm. Lakin keçmişdə daha kiçik insidentlərə görə cəza verilib. Əgər yarışlar belə olsa, xoşbəxt olaram. Bu, Formula1 üçün də yaxşıdır. Sürücülər də bunu istəyirlər. Lakin stüardların nə istədiyini bilməliyik.

Maks yeni təkərlərə görə üstün idi. Onu arxada tutmaq çətin idi. Amma elədiyi hücuma görə cəza almalı idi. Ancaq həmişə belə qərarlı olsalar, sevinərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 54
Teqlər ,
Paylaş

logo