Avstraliya-2022: Sıralanma turu

Buradakı son yarışdan 3 il keçir. Albert Parkda poul qazanmaq keçidlər çətin olduğundan, böyük əhəmiyyət daşıyır. Lakin trasda böyük yeniliklər edilib və xarakteristikası tamamilə dəyişib.

F-1.az xatırladır ki, dünənki ilk məşqlərin qalibi Karlos Saynz olub, ikinci sessiyada isə komanda yoldaşı Şarl Lekler protokollara başçılıq edib. Bugünkü son sərbəst yürüşlərdə isə Lando Norris hamıdan sürətli olub.

İlk iki yarışı koronavirusa yoluxduğu üçün buraxmalı olan Sebastyan Fettel nəhayət ki, mövsümdə debüt etmək imkanı qazanıb.

Pirelli ənənəyə zidd olaraq, bura ardıcıl tərkibləri gətirməyib. Melburnda sürücülərin ixtiyarına C2 və C3-lərlə birlikdə C5 tərkibi verilib ki, ondan yalnız sıralanma turunda istifadə olunacaq.

İlk Sessiyada bütün sürücülər Soft təkərlərlə trasa çıxıblar. İlk cəhddə Lekler sürətli olsa da, Sayns onu üstələyib.  Ferstappen üçüncü nəticə göstərib. Lakin komanda yoldaşı daha yaxşı nəticə göstərib. İkinci cəhdlərdə isə Ferstappen hamıdan sürətli olub – 1:18.580. İlk sektorda Tsunoda və Həmilton arasındakı insidentə heç bir cəza verilməyib.

Sona 2 dəqiqə qalmış sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Latifi və Strollun qəzası olub. Latifi əvvəlcə Strollu önə buraxıb, lakin sonradan sürətlənərək onu keçməyə cəhd edib və nəticədə ciddi qəza baş verib. Fasilə 15 dəqiqə davam edib, bu da Aston Martin komandasına Fettelin maşınını bərpa etmək imkanı yaradıb. Restart verilib və alman sürücü dərha trasa çıxıb. Lakin vurduğu yeganə dövrə növbəti sessiyaya keçməyə kifayət etməyib. Onunla yanaşı, Elbon, Maqnussen, Latifi və Stroll mübarizəni dayandırıblar.

İkinci Sessiyada da hamı ən yumşaq təkərlərlə boksu tərk edib. Ferstappen 1:18.611-lik nəticə ilə ilk sıranı tutub. Üçüncü sektorda sarı bayraqlar dalğalanıb. Peres ikinci nəticə göstərib, lakin sarı bayraqlar altında sürətini azaltmayıb və stüardlar məsələni sıralanma turundan sonra araşdıracaqlar. Alonso bir qədər sonra ikinci ən yaxşı nəticəni göstərib.

Peres ikinci cəhdində protokollara başçılıq edib. Komanda Ferstappenə arxadan gələn Həmiltonun sürətli dövrədə olması barədə məlumat verməyib və sürücülər qəzadan son anda qurtulublar. Qasli, Bottas, Tsunoda, Çjou və Şumaxer üçün təsnifat mərhələsi yekunlaşıb. Bottasın 103 yarışlıq sıralanma turunda son sessiyaya keçmək seriyası başa çatıb.

Son sessiyada gözlənildiyi kimi, hamı Soft təkərlərlə trasa çıxıb. Ferstappen 1:18.399-luq nəticə göstərsə də, komanda yoldaşı onu 0.001 saniyə fərqlə üstələyib. Lekler isə hər iki sürücüdən üstün olub – 1:18.239. Olduqca sürətli gələn Alonso 11-ci döngədə qəza edib və qırmızı bayraqlar növbəti dəfə peyda olublar. Sayns finişə çatmağa bir neçə metr qalmış qırmızı bayraq elan olunduğundan, nəticəsi sayılmayıb. Fasilə 13 dəqiqə davam edib. Peres növbəti cəhdində Leklerə çox cüzi fərqlə uduzub – yenə də 0.001 saniyə. İlk iki sektoru zəif keçən Maks son sektorda mükəmməl nəticə göstərərək liderliyə yüksəlib. Lakin Leklerə vurduğu son dövrə poulu gətirib – 1:17.868! Sayns trasa gec buraxılıb və vurduğu dövrə yalnız 9-cu olmasına kömək edib.

Beləliklə, Şarl Lekler mövsümdə ikinci, karyerasında isə 11-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından Maks Ferstappen başlayacaq. İkinci cərgədə Serxio Peres və Lando Norris, üçüncü cərgədə isə Mercedes pilotları qərarlaşıblar.

Sabah Bakı vaxtı ilə 09:00-da bizi gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 3 1:18.881 5 3 1:18.606 8 1:17.868 8
2 1 Maks Ferstappen Red Bull 1 1:18.580 7 4 1:18.611 8 1:18.154 6
3 11 Serxio Peres Red Bull 2 1:18.834 7 1 1:18.340 5 1:18.240 9
4 4 Lando Norris McLaren 7 1:19.280 6 6 1:19.066 8 1:18.703 6
5 44 Lyuis Həmilton Mercedes AMG 8 1:19.401 8 8 1:19.106 10 1:18.825 10
6 63 Corc Rassell Mercedes AMG 9 1:19.405 8 7 1:19.076 9 1:18.933 9
7 3 Daniel Rikkardo McLaren 12 1:19.665 10 9 1:19.130 6 1:19.032 6
8 31 Esteban Okon Alpine 11 1:19.605 9 10 1:19.136 8 1:19.061 6
9 55 Karlos Sayns Ferrari 4 1:18.983 7 2 1:18.469 9 1:19.408 6
10 14 Fernando Alonso Alpine 5 1:19.192 6 5 1:18.815 7 2
11 10 Pyer Qasli AlphaTauri 10 1:19.580 11 11 1:19.226 8
12 77 Valtteri Bottas Alfa Romeo 6 1:19.251 5 12 1:19.410 8
13 22 Yuki Tsunoda AlphaTauri 13 1:19.742 10 13 1:19.424 7
14 24 Quanyu Çjou Alfa Romeo 14 1:19.910 11 14 1:20.155 5
15 47 Mik Şumaxer Haas 15 1:20.104 11 15 1:20.465 8
16 23 Aleksander Elbon Williams 16 1:20.135 11
17 20 Kevin Maqnussen Haas 17 1:20.254 11
18 5 Sebastyan Fettel Aston Martin 18 1:21.149 3
19 6 Nikolas Latifi Williams 19 1:21.372 8
20 18 Ləns Stroll Aston Martin 20 2
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*