Ferrari problemləri həll edib?

Almaniyanın nüfuzlu Auto Motor und Sport nəşri bildirib ki, Ferrari bütün problemləri həll edib.

F-1.az xatırladır ki, “qırmızılar” 2022-ci ilə əla başlasalar da, sonradan dözümsüzlük problemləri və təkər yeyilməsinə görə geri düşmüşdülər.

Lakin AMuS iddia edir ki, Ferrari hazırda ən güclü motora sahibdir. Onlar 2022-ci ildəki problemləri həll etməyə yaxındırlar. Bundan başqa təkər yeyilməsinə səbəbkarı Fransaya gətirdikləri yeniliklər olub. İtalyanlar bu problemi artıq tapıblar.