25 Avqust 2019, Bazar - 10:58

Ferrari çarpma testlərindən keçib

Ferrari çarpma testlərindən keçib

Müəllif: Rauf Hacıyev, redaktor

06:11 - 28 Yanvar, 2017

Ferrari-nin 2017-ci il bolidi yeni mövsümdən əvvəl FİA-nın zəruri çarpma testlərindən keçib.

F-1.az xəbər verir ki, Ferrari-nin yeni 668 indeksli şassisi çarpma testlərini keçib. Ferrari-nin müştəri komandası Haas isə çarpma testlərini yanvarın 15-də keçmişdi.

Ferrari komandası Haas-dan fərqli olaraq inkişaf müddətini daha uzun tutub və çarpma testinə daha gec girib. İtalyanlar bu testdən üzüağ çıxa biliblər. İndiyə kimi Sauber, Force İndia, Toro Rosso, McLaren, Red Bull və Haas komandaları çarpma testlərindən keçiblər.

Bəzi söz-söhbətlərə görə, Mercedes-in 2017-ci il bolidi hələ də çarpma testlərindən keçə bilməyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 501
Teqlər , , ,
Paylaş

logo