P.Qasli 2017-ci ilin təkərlərinin testlərini tamamlayıb

Pirelli gələn ilin təkərlərini test etmək üçün 3 komanda ilə işləyir. Mercedes AMG, Ferrari və Red Bull avqust ayından etibarən testlər edirlər və bu iş mövsümün sonuna qədər davam edəcək. Testlərdən əldə edilən nəticələr bütün komandalarla paylanılır. Mövsümün sonunda isə hər bir komanda yeni təkərləri test edə biləcək.

F-1.az bildirir ki, testlərin ikinci və son günündə Red Bull komandasını yenə də Pyer Qasli təmsil edib. Gənc sürücü Əbu Dabidə süni sulanmış asfaltda yağış təkərlərini sınaqdan keçirmək üçün RB11 ilə 85 dövrə vurub.

Biz xəbər vermişdik ki, Qasli testlərin ilk günündə 72 dövrə vurub.

Pirelli-nin əvvəlcədən müəyyən etdiyi proqrama əsasən, növbəti testlər 14-16 noyabr tarixlərinə Əbu Dabidə baş tutacaq – bu dəfə Ferrari gələn ilin yağış təkərlərini yoxlayacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*