Марко Antonelli: Mənim sadəcə sözüm yoxdur

Marko Antonelli, tarixdə ən gənc dünya çempionunun atası oğlunun uğurunu emosional şəkildə şərh edib…

Marko Antonelli: “Bu, inanılmazdır, ötən mövsümün bütün çətinliklərindən, Kiminin Formula 1-dəki ilk ilindən sonra bu günə gəlib çıxmışıq və o, çempionatı qazanıb. Sevincimi ifadə etməyə sadəcə söz tapmıram.

Bu, həm Kimi, həm də ona inanan komanda üçün çox müsbət nəticə olub. Ötən ilin uğursuzluqlarından sonra qazanılan çempionluq titulu Kiminin ona inandığına görə Mercedes-ə ifadə edə biləcəyi ən böyük təşəkkürdür”.