Bu səbəblərdən hansının daha çox rol oynadığı bilinmir, amma ötən ildən fərqli olaraq, Zandfortda mərhələyə biletlər tez və tam satıldı. Hamı bu yadda qalan yarışı yerində izləmək istəyirdi. Hər gün 100 min, həftəsonu ərzində isə 300 min azarkeş – tribunalar tam dolu idi.
Həftəsonuna başlamazdan əvvəl Red Bull-da gözlənilməz dəyişiklik baş verdi – Ayzek Həcər boks məşqi zamanı biləyini sındırdı və sükan arxasına keçə bilmədi. Onu Racing Bulls-dan Liam Louson əvəz etdi, Lousonun yerinə isə ehtiyat sürücü Yuki Tsunoda gətirildi.
Bir çox komanda yeniliklər gətirmişdi, amma qüvvələr nisbəti yay fasiləsindən əvvəl Macarıstandakı vəziyyətə çox yaxın qaldı. Sprintin sıralanma turunu və sprinti Corc Rassell qazandı. Əsas sıralanma turu isə son dəqiqələrdə yağan yüngül yağış damcıları istisna olmaqla, sürprizsiz keçdi.
Dörd ən güclü komandanın sürücüləri start düzlüyündə ilk dörd sıranı tutdular. Lando Norris ardıcıl ikinci yarışda poul qazandı. Onunla birlikdə ilk cərgədən Rassell, ikinci cərgədən Antonelli və Piastri, üçüncü cərgədən isə Ferrari sürücüləri Həmilton və Lekler yer aldılar. Maks Ferstappen yaxın gələcək tarixində son ev yarışında azarkeşlərini qələbə ilə sevindirməyi arzulayırdı, amma sıralanma turunda yeni komanda yoldaşı Lousonu çox cüzi qabaqlayaraq yalnız yeddinci oldu.
Peresin maşını üzərində işləyərkən Cadillac qapalı park rejiminin qaydalarını pozdu, o, sıralanma turunda sonuncu oldu və yarışa pit-leynindən başladı.
Pirelli mərhələyə “orta” tərkibli üçlüyü gətirmişdi – Hard, Medium və Soft rolunda C2, C3 və C4. Norris, Rassell, Antonelli, Piastri, Qasli, Kolapinto və Okon Medium seçdi, Bottas Hard-la start aldılar, qalanlar isə Soft taxdılar.
Startda Norris liderliyi qorudu. Antonelli ikinci yerə yüksəldi, Bortoleto isə dörd mövqe itirdi. Ferstappen və Louson təmas yaşasa da, hərəkəti davam etdirdilər, dövrənin sonunda isə Maks Ferstappen qəzaya uğradı. Bənkinqdən çıxışda, otluğa cüzi çıxışdan sonra RB22 fırlandı və trasın əks tərəfindəki baryerə dəyib, sonra yenidən geri atıldı. Maks komandadan üzr istədi və vəziyyətinin yaxşı olduğunu bildirdi.
Arxada Bortoleto da öz səhvindən yerində fırlandı. Hülkenberq az qala arxadan ona çırpılırdı, amma son anda reaksiya verə bildi. Yarış qırmızı bayraqlarla dayandırıldı. Sürücülər pit-leynə yönəldilər və maşınları tərk etdilər. Dayandırılmış yarışda ilk onluq: Norris – Antonelli – Rassell – Lekler – Piastri – Həmilton – Louson – Lindblad – Qasli – Kolapinto.
28 dəqiqə sonra yerindən restart elan olundu. Sürücülər təkərləri dəyişdirərək yenidən start düzlüyündə düzüldülər. Piastri, Bottas və Peres yeni Hard dəstləri aldı; Antonelli, Rassell, Lindblad, Qasli və Kolapinto Medium seçdi, qAlanlar isə Soft taxdı. Bortoleto və Börman pit-leynindən qırmızı işıqda çıxdılar – bu insidentlərə yarışdan sonra baxılacaq. Börmanın maşını start düzlüyünə gedərkən 11-ci döngədə dayandı – o, kokpiti tərk etdi, yarış rəhbərliyi isə daha bir formalaşma dövrəsi elan etdi.
Restartda Antonelli Norrisi keçərək yarışa başçılıq etdi, Piastri isə üçüncülük uğrunda mübarizədə Rasselli geridə qoydu. 6-cı dövrədə Linblad boksa döndü və cəzasını çəkdi. 9-cu dövrədə Kolapinto cəzasını çəkdi. 10-cu dövrədə ilk onluq: Antonelli – Norris – Piastri – Rassell – Lekler – Həmilton – Louson – Qasli – Hülkenberq – Tsunoda.
12-ci dövrədə Bortoleto, 16-cı dövrədə Stroll, 18-ci dövrədə Rassell, 19-cu dövrədə Piastri, Qasli və Tsunoda təkər dəyişdirdi. Rassell trasa Piastrinin önündə qayıdaraq itirdiyi mövqeni geri aldı. 20-ci dövrədə Hülkenberq pit-stop etdi, 22-ci dövrədə Antonelli, Norris, Lekler və Louson, 26-cı dövrədə isə Həmilton boksa gəldi. 27-ci dövrədə Qasli Linblada hücum etdi, amma səhvə yol verərək Hülkenberqi önə buraxdı, o da dərhal ardından Arvidi keçdi. Qasli Linblada təkrar hücum etdi və bu zaman daha bir mövqe itirərək Tsunodaya uduzdu.
28-ci dövrədə Əlbon, 30-cu dövrədə Bottas, 31-ci dövrədə isə Peres və Sayns təkər dəyişdirdi. Lekler Piastriyə təzyiq göstərir, hücum məsafəsinə yaxınlaşırdı, arxadan isə Həmilton onlara çatdı. 34-cü dövrədə Şarl dördüncü yer uğrunda mübarizədə McLaren sürücüsünü keçdi. Dərhal ardından Oskarı da Lyuis geridə qoydu. 36-cı dövrədə Alonso təkər dəyişdirdi və məsafənin yarısını bir Soft dəsti ilə qət etmiş oldu. 37-ci dövrədə ilk onluq: Antonelli – Norris – Rassell – Lekler – Həmilton – Piastri – Louson – Hülkenberq – Tsunoda – Qasli.
39-cu dövrədə Lindblad və Okon, 41-ci dövrədə isə Antonelli və Rassell pit-stop etdi. Lekler boksa çağırıldı, amma arxasındakı komanda yoldaşını saxlayaraq içəri girmədi, yalnız 45-ci dövrədə təkər dəyişdirdi. Elə həmin dövrədə Piastri də pit-stop etdi. 46-cı dövrədə Tsunoda təkər dəyişdirdi, 47-ci dövrədə isə Kolapinto və Stroll boksa döndü – Franko təkərləri dəyişdi, Ləns isə mübarizəni dayandırdı. 48-ci dövrədə Norris, Qasli və Louson, 50-ci dövrədə Hülkenberq, 51-ci dövrədə isə Əlbon pit-stop etdi.
Mühəndis Həmiltona yeni Medium dəstinə keçməyi təklif etdi, amma Lyuis 27 dövrə işlənmiş Hard-la trasda qalmağa qərar verdi. Antonelli təzə təkərlərlə liderlik uğrunda mübarizədə Həmiltonu ötməyə hazırlaşırdı, amma Kimi Norrisə fəal hücum edirdi – hər üçü bir-birinə cəmi bir neçə onluq məsafədə gedirdi. 54-cü dövrədə Norris əvvəl Antonellini, sonra da Həmiltonu keçərək liderliyə yüksəldi.
55-ci dövrədə Okonun maşını trasda qaldı. Onun təxliyəsi üçün VSC rejimi elan olundu. Həmilton dərhal boksa döndü, ardınca Lekler, Piastri və Antonellidə içəri girdi – hamısı Soft aldı. VSC rejimində ilk onluq: Norris – Rassell – Antonelli – Həmilton – Lekler – Piastri – Louson – Hülkenberq – Alonso – Tsunoda.
58-ci dövrədə sürücülər yenidən mübarizəni davam etdirə bildilər. Qasli Tsunodanı keçdi. Antonelli təzə Soft-la Rassellə sürətlə yaxınlaşdı, 65-ci dövrədə komanda yoldaşının arxasında hücum məsafəsinə çatdı və komanda fərqli strategiya tətbiq etdiklərinə görə Corcdan Kimini buraxmağı istədi. Corc bu qərardan narazı qalsa da, mövqeni verdi.
Arxadan Soft təkərlərdə Həmiltonda eyni sürətlə yaxınlaşırdı, amma Rassell onu buraxmaq niyyətində deyildi – mübarizə başladı, lakin bir neçə dövrə sonra yenidən VSC rejimi elan olundu – Williams sürücülərinin təmasından sonra qırıntıları təmizləmək lazım idi. Williams sürücüləri arasındakı insident Əlbonun mübarizəni dayandırması və Saynsa 10 saniyə cəza verilməsi ilə nəticələndi. Sarı bayraqlar altında sürəti aşdığı üçün Lousona da 10 saniyə əlavə olundu.
Lando Norris Niderland Qran Prisini qazanaraq ardıcıl ikinci qələbəsini əldə etdi. Ardıcıl altıncı dəfə Zandfortda poulun sahibi finiş xəttini birinci keçdi.
Kimi Antonelli ikinci yeri tutaraq şəxsi hesabda liderliyini möhkəmləndirdi, Corc Rassell isə Həmiltonun hücumlarına tab gətirib podiumun üçüncü pilləsinə yüksəldi.
Alonso doqquzuncu yeri tutaraq mövsümdə ikinci dəfə xal qazandı.
İki həftədən sonra mübarizə Monzanın kral parkındakı mərhələ ilə davam edəcək!
Yarışın nəticələri
| Sürücü | Komanda | Vaxt | Pit |
| 1. L.Norris | McLaren | 2:04:44.859 | 3 |
| 2. K.Antonelli | Mercedes | + 0:11.536 | 4 |
| 3. C.Rassell | Mercedes | + 0:15.906 | 3 |
| 4. L.Həmilton | Ferrari | + 0:16.755 | 3 |
| 5. Ş.Lekler | Ferrari | + 0:17.258 | 4 |
| 6. O.Piastri | McLaren | + 0:32.332 | 4 |
| 7. L.Louson* | Red Bull | + 1:19.915 | 3 |
| 8. N.Hülkenberq | Audi | + 1 dövrə | 3 |
| 9. F.Alonso | Aston Martin | + 1 dövrə | 2 |
| 10. P.Qasli | Alpine | + 1 dövrə | 3 |
| 11. Y.Tsunoda | Racing Bulls | + 1 dövrə | 3 |
| 12. A.Lindblad | Racing Bulls | + 1 dövrə | 3 |
| 13. Q.Bortoleto | Audi | + 1 dövrə | 4 |
| 14. F.Kolapinto* | Alpine | + 2 dövrə | 4 |
| 15. S.Peres | Cadillac | + 2 dövrə | 3 |
| 16. K.Sayns** | Williams | + 2 dövrə | 3 |
| 17. A.Əlbon | Williams | + 6 dövrə | 3 |
* L.Louson və F.Kolapinto sarı bayraqlar altında sürəti aşdıqlarına görə 10 saniyə cərimə alıblar
** K.Sayns A.Əlbon ilə insidentə görə 10 saniyə cərimə alıb
Ən sürətli dövrə: Şarl Lekler (Ferrari) – 1:14.230 (60-cı dövrə, 206.552 km/saat)
Mübarizəni dayandıranlar
| Sürücü | Komanda | Dövrə | Səbəb |
| V.Bottas | Cadillac | 61 | |
| E.Okon | Haas | 52 | güc qurğusu |
| L.Stroll | Aston Martin | 45 | mexaniki problem |
| O.Börman | Haas | 2 | güc qurğusu |
| M.Ferstappen | Red Bull | 0 | qəza |
Çempionatda vəziyyət: Şəxsi hesab
| Sürücü | Komanda | Xal |
| 1. K.Antonelli | Mercedes-AMG PETRONAS F1 Team | 242 |
| 2. C.Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 183 |
| 3. L.Həmilton | Scuderia Ferrari HP | 183 |
| 4. L.Norris | McLaren Mastercard F1 Team | 159 |
| 5. Ş.Lekler | Scuderia Ferrari HP | 155 |
| 6. M.Ferstappen | Oracle Red Bull Racing | 112 |
| 7. O.Piastri | McLaren Mastercard F1 Team | 104 |
| 8. A.Həcər | Oracle Red Bull Racing | 68 |
| 9. L.Louson | Oracle Red Bull Racing | 49 |
| 10. P.Qasli | BWT Alpine F1 Team | 44 |
| 11. A.Lindblad | Visa Cash App Racing Bulls F1 Team | 23 |
| 12. F.Kolapinto | BWT Alpine F1 Team | 19 |
| 13. O.Börman | TGR Haas F1 Team | 18 |
| 14. Q.Bortoleto | Audi Revolut F1 Team | 10 |
| 15. N.Hülkenberq | Audi Revolut F1 Team | 6 |
| 16. K.Sayns | Atlassian Williams Racing | 6 |
| 17. A.Əlbon | Atlassian Williams Racing | 5 |
| 18. E.Okon | TGR Haas F1 Team | 3 |
| 19. F.Alonso | Aston Martin Aramco F1 Team | 3 |
Çempionatda vəziyyət: Mühəndislər Kuboku
| Komanda | Motor | Xal |
| 1. Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 425 |
| 2. Scuderia Ferrari HP | Ferrari | 338 |
| 3. McLaren Mastercard F1 Team | Mercedes | 263 |
| 4. Oracle Red Bull Racing | Red Bull Ford | 186 |
| 5. Visa Cash App Racing Bulls F1 Team | Red Bull Ford | 66 |
| 6. BWT Alpine F1 Team | Mercedes | 63 |
| 7. TGR Haas F1 Team | Ferrari | 21 |
| 8. Audi Revolut F1 Team | Audi | 16 |
| 9. Atlassian Williams Racing | Mercedes | 11 |
| 10. Aston Martin Aramco F1 Team | Honda | 3 |





