Niderland-2021: Sıralanma turu

Təsnifat mərhələsi Zandfortda həlledici sessiyadır. Səhər baş tutan Formula3 yarışı da göstəriv ki, kimsə səhv etmədiyi təqdirdə, bu dar trasda ötmə etmək demək olar ki, mümkünsüzdür.

F-1.az xatırladır ki, dünənki ilk məşqdə Lyuis Həmilton protokollara başçılıq edib. İkinci sessiyada Şarl Lekler hamını üstələyib, bugünə təsadüf edən son məşqlərdə isə Maks Ferstappen fərqlənib.

Alfa Romeo komandasından şənbə günü verilən məlumatda Kimi Rəykkönenin koronavirus testinin müsbət çıxdığı, onu Robert Kubitsanın əvəzləyəcəyi bildirilib.

Hər 3 məşq sessiyasında qəzalara görə qırmızı bayraqlar olub. Yolun dar olması təxliyə zamanı başqa seçim qoymur.

Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Yumşaq təkərlər sürətli olsalar da, səmərərəliyini itirmələri üçün bir dövrə kifayət edib. Sürücülərə mane olan digər amil isə qısa trasda sıxlığın çoxluğu olub.

İlk Sessiyada Mercedes sürücüləri Medium, qalanları Soft təkərlərlə mübarizəyə başlayıblar. İlk cəhddə Ferstappen 1:10.036 ilə hamını üstələyib, Həmilton daha sərt təkərlə ona cüzi fərqlə uduzub. İkinci cəhdlərdə sürətlər daha da artıb. Ferstappen, Qasli və Alonsodan başqa hamı yenidən trasa çıxıb. Lekler 1:09.829-luq dövrə vurub. Lekler sürətli dövrəsində olarkən Haas sürücüləri ona mane olub. İnsident sonradan araşdırılsa da, heç kimə cəza verilməyib. Peres isə növbəti sürətli dövrəyə başlaya bilməyib. Mazepin, Şumaxer, Kubitsa, Fettel və Peres üçün sıralanma turu başa çatıb.

İkinci Sessiyada hamı Soft təkərləri seçib, Mercedes sürücüləri isə işlənim Soft-larla trasa çıxıblar. Ferstappenin ilk cəhdi çox sürətli olub – 1:09.071. İlk onluğa düşməyə çalışan Rassell 13-cü döngədə idarəetməni itirərək trasdan çıxıb və qəza edib. Qırmızı bayraqlar dalğalanıb, Corc özü maşını boksa çatdıra bilib. Fasilə 8 dəqiqə davam edib. Bir qədər sonra sessiya yenidən dayandırılıb. Latifi sürətli dövrədə olarkən Həmiltonun maşınından yayınmağa çalışıb və trasdan çıxaraq divara çırpılıb. Zərbə gücle olub və Latifi tibbi mərkəzə göndərilib. Sessiya davam etdirilməyib, Tsunoda, Latifi, Norris, Stroll və Rassell poul mübarizəsində iştirak etməyə haqq qazana bilməyiblər.

Son sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Tras daha sürətli olub. Ferstappen dərhal çox sürətli dövrə vurub – 1.08.923. Bottas ona 0.3 saniyə uduzub. İkinci cəhdlərdə Həmilton Maksın əvvəlki nəticəsini təkrarlayıb, lakin ilk və üçüncü sektoru pis keçən Ferstappen nəticəsini ikinci sektor hesabına daha da yaxşılaşdıraraq poulun sahibi olub – 1:08.885.

Beləliklə, Maks Ferstappen mövsümdə 7-ci, karyerasında isə 10-cu poulunu qazanıb. Sabahkı yarışa onunla ilk cərgədən çempionatdakı əsas rəqibi Lyuis Həmilton başlayacaq. Onların arxasından start alacaq sürücülər Valtteri Bottas və Pyer Qaslidir. Ferrari sürücüləri isə üçüncü cərgədə qərarlaşıblar…

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 33 Maks Ferstappen Red Bull 3 1:10.036 3 1 1:09.071 5 1:08.885 7
2 44 Lyuis Həmilton Mercedes AMG 6 1:10.114 6 4 1:09.726 4 1:08.923 7
3 77 Valtteri Bottas Mercedes AMG 8 1:10.219 6 5 1:09.769 4 1:09.222 7
4 10 Pyer Qasli AlphaTauri 10 1:10.274 6 3 1:09.541 5 1:09.478 6
5 16 Şarl Lekler Ferrari 1 1:09.829 9 2 1:09.437 3 1:09.527 6
6 55 Karlos Sayns Ferrari 2 1:10.022 9 7 1:09.870 4 1:09.537 6
7 99 Antonio Covinatsi Alfa Romeo 4 1:10.050 8 10 1:10.033 3 1:09.590 6
8 31 Esteban Okon Alpine 7 1:10.179 6 8 1:09.919 5 1:09.933 6
9 14 Fernando Alonso Alpine 12 1:10.435 3 9 1:10.020 4 1:09.956 6
10 3 Daniel Rikkardo McLaren 9 1:10.255 7 6 1:09.865 4 1:10.166 6
11 63 Corc Rassell Williams 11 1:10.382 8 11 1:10.332 5
12 18 Ləns Stroll Aston Martin 13 1:10.438 8 12 1:10.367 5
13 4 Lando Norris McLaren 15 1:10.489 8 13 1:10.406 5
14 6 Nikolas Latifi Williams 5 1:10.093 9 14 1:11.161 7
15 22 Yuki Tsunoda AlphaTauri 14 1:10.462 11 15 1:11.314 4
16 11 Serxio Peres Red Bull 16 1:10.530 9
17 5 Sebastyan Fettel Aston Martin 17 1:10.731 7
18 88 Robert Kubitsa Alfa Romeo 18 1:11.301 9
19 47 Mik Şumaxer Haas 19 1:11.387 11
20 9 Nikita Mazepin Haas 20 1:11.875 10
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*