Norris: Monakoda sprint sürücülərin işini çətinləşdirəcək

Biz gələn il Monakoda mərhələnin şənbə sprinti formatında keçiriləcəyini yazmışdıq. Formula1-in hazırkı çempionu Lando Norris bu qərarı Sky Sports-un efirində şərh edib…

Lando Norris: “Maraqlı qərardır. Sprintin özündə və bazar günü keçiriləcək yarışda heç nə dəyişməyəcək. Vacib məqam budur ki, artıq cümə günü Monakoda həm yeganə məşq, həm də sıralanma turu keçiriləcək – əvvəllər bu trasda belə hal heç vaxt olmayıb.

Maşınları hazırlayarkən bu il toplanmış məlumatlara daha çox istinad edəcəyik. Aydındır ki, bu, sürücülərin işini bir qədər çətinləşdirəcək. Hazırlıq üçün vaxt o qədər də çox olmayacaq, daha çox risk etmək lazım gələcək və bu da özünü rahat hiss edənlərlə hələ də sürətini artırmaq üçün imkan axtaranlar arasındakı fərqi göstərməyə imkan verəcək. Monakoda həddi aşmamaq vacibdir, əks halda oyun bitəcək”.

, ,