Lyuis Həmilton: “Hola Mexico! Nə qədər sevincli olduğumu sözlə ifadə edə bilmirəm! Həftəsonu həqiqətən çox çətin alınıb. Təbii ki, ilk sərbəst yürüşdə biz müxtəlif testlərlə məşğul olmuşuq və maşında aerodinamik sensorlar quraşdırılıb. Bundan başqa, dünən mühərriklə bağlı problemlər işimizə mane olub və bütün bunlar o demək olub ki, əlverişsiz vəziyyətdə qalmışıq.
Sərbəst yürüşlərdə mən ümumiyyətlə bir dənə də olsun uzun dövrələr seriyası keçmədim, amma həftəsonu ərzində sazlamalar üzərində əla işlədik və bu, həqiqətən öz bəhrəsini verib. Əvvəlki yarış bizə çox şey öyrədib, baxmayaraq ki, nəticələr çox sıx olub.
Amma poul qazanmağımız nə qədər gözəldir! Yeri gəlmişkən, heç xatırlamıram ki, bu trasda daha əvvəl poul mövqeyindən start almışam, ya yox. Hər halda, indi sıralanma turunda qalib gəlməyimiz əladır – bu, mənim Ferrari ilə ilk poulüm və karyeramda 105-cidir – bu rəqəm xoşuma gəlir!
Nəyəsə çox nail olmaq istəyəndə, həmişə buna çatmaq şansın olur. Düzünü desəm, mən hesab edirəm ki, hər şey psixoloji köklənmədən asılıdır – bu, bütün sürücülərə aiddir. Mən çox məşq edirəm və gənc qalmağa, yaxşı fiziki formanı qorumağa imkan verən ən müxtəlif üsullardan istifadə etməyə çalışıram.
Amma ən vacibi odur ki, gördüyüm işi sevirəm. Bu sevgi keçmir, uğur qazanmağı arzulayıram və hər gün bu fikirlə oyanıram. Dünyanın hər yerindən inanılmaz güclü dəstək hiss edirəm, bu da mənə əlavə güc verir. Ümid edirəm, bu poul azarkeşləri sevindirib, sabah da onları sevindirə biləcəyimə ümid edirəm”.





