T.Volff: Lyuis pis starta görə ayrılmayacaq

Mercedes dünənki yarış ilə mövsümə son illərdəkinin əksinə, olduqca zəif başlayıb.

F-1.az xatırladır ki, Lyuis ilk yarışdan öncə komandadan ayrılmaq fikrində olmadığını demişdi.

Lyuis Həmilton: “Məncə, 2024-cü ildə sürücülərlə bağlı vəziyyət haqqında danışmaq indi məntiqli deyil, bunun üçün hələ tezdir. Biz hamımız – sürücülər, mühəndislər, liderlər eyni istiqamətdə hərəkət etməliyik. Təslim ola bilmərik. Bunu heç vaxt etməmişik və etməyəcəyik.

Lyuisə gəlincə, siz onun radio danışığını eşitdiniz. O, komandanın ayrılmaz hissəsidir, komandanı irəli aparır və hamımızı birləşdirir. Mövsümə çox pis başladığımız üçün bu baxımdan nəyinsə dəyişəcəyini düşünmürəm. Biz birlikdə səkkiz dəfə Mühəndislər Kubokunun və altı fərdi titulun qalibi olduq. Münasibətimiz qorunub saxlanılır.
Bir sürücünü itirmək və sonra ağ bayraq dalğalandırmaq çox asan olardı. Amma bu bizim seçimimiz deyil. Əksinə, sürücülərin sükan arxasında idarə edə biləcəkləri maşınla təmin olunması üçün daha yaxşı və daha çox çalışacağıq”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*