Nüfuzlu britaniyalı jurnalist Adam Kuperin yazdığına görə, Mexikoda Formula1 komandaları Liberty Media-nın mövsümün sonu ilə bağlı planları barədə yeni məlumat əldə edib.
İmoladakı yarışın taleyi noyabrın 10-da həll olunacaq – bu, İtaliya trasında Qran Prinin keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarın verilməsi üçün son tarixdir.
Əgər İmoladakı mərhələnin keçirilməməsi qərara alınsa və bir müddət sonra Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Qətər və Əbu Dabi yarışları ləğv olunmalı olsa, onda 2026-cı il mövsümünün finalı noyabrın 21-də Las Veqas mərhələsində baş tutacaq.





