Əbu Dabi-2020: Sıralanma turu

Yas Marinada hətta DRS-in köməyi ilə də ötmələr etmək asan deyil. Buna görə də, sıralanma turu həftəsonunun həlledici sessiyası hesab edilir.

F-1.az xatırladır ki, dünən keçirilən ilk və bugünkü son məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Valtteri Bottas hamıdan sürətli olub. Orta qrupda nəticələr çox sıx olub.

Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib.

Serxio Peres güc qurğusu dəyişdirildiyi üçün eyni aqibəti yaşayan Kevin Maqnussenlə birlikdə son cərgədən start alacaq. Şarl Lekler isə keçən yarışdakı insidentə görə startda 3 yer itirəcək.

İlk Sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Həmilton porebriklərə hücum zamanı maşının altlığını zədələyib və maşına baxılması üçün boksa gəlib. Bir qədər sonra yenidən trasa qayıdıb, 1:35.528-lik nəticə ilə protokolların zirvəsinə qalxıb. Latifi, Fittipaldi, Rassell, Maqnussen və Rəykkönen mübarizəni dayandırıblar.

İkinci sessiyada Mercedes, Red Bull, Ferrari, Renault sürücüləri və Karlos Sayns ilk cəhdlərini Medium təkərlərlə ediblər. Lakin Ferstappen bu təkərlərin səmərəliliyinin üçüncü sektorda itməsindən şikayətlənib. Həmilton, Bottas, Ferstappen, Sayns və Lekler ən yaxşı dövrələrini Medium təkərlərlə vurublar. Yenə də Həmilton daha sürətli olub – 1:35.466. Peres, Covinatsi, Fettel, Rikkardo və Okon ilk onluqdan kənarda qalıblar.

Son sessiyada hamı Soft təkərlərlə mübarizəyə qoşulub. İlk cəhddə Bottas rəqiblərini üstələyib, lakin fərqlər çox kiçik olub. İkinci cəhdlərdə isə mübarizə daha kəskin olub – Həmilton nəticəsini yaxşılaşdırsa da, Bottasın ikinci cəhdi daha uğurlu alınıb. Lakin dövrəsini onlardan bir qədər sonra başa vuran Ferstappen hər ikisini qabaqlamağı bacarıb – 1:35.246.

Beləliklə, Maks Ferstappen mövsümdə ilk, karyerasında isə üçüncü poulunu qazanıb. O, həm də Mercedes-in buradakı ardıcıl 6 illik poul seriyasına son qoyub. İkinci olan Valtteri Bottas da yarışa ilk cərgədən başlayacaq. İkinci cərgədən Lyuis Həmilton və Lando Norris, üçüncü cərgədən isə Aleksander Elbon və Karlos Sayns start alacaqlar.

Sabah bizi olduqca maraqlı yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 33 Maks Ferstappen Red Bull 4 1:35.993 6 3 1:35.641 7 1:35.246 6
2 77 Valtteri Bottas Mercedes AMG 2 1:35.699 6 2 1:35.527 6 1:35.271 6
3 44 Lyuis Həmilton Mercedes AMG 1 1:35.528 8 1 1:35.466 6 1:35.332 6
4 4 Lando Norris McLaren 5 1:36.016 6 5 1:35.849 5 1:35.497 6
5 23 Aleksander Elbon Red Bull 7 1:36.106 3 4 1:35.654 6 1:35.571 6
6 55 Karlos Sayns McLaren 10 1:36.517 3 8 1:36.192 5 1:35.815 6
7 26 Daniil Kvyat AlphaTauri 8 1:36.459 8 9 1:36.214 6 1:35.963 6
8 18 Ləns Stroll Racing Point 9 1:36.502 3 7 1:36.143 6 1:36.046 6
9 16 Şarl Lekler Ferrari 3 1:35.881 8 6 1:35.932 6 1:36.065 6
10 10 Pyer Qasli AlphaTauri 11 1:36.545 8 10 1:36.282 6 1:36.242 6
11 31 Esteban Okon Renault 14 1:36.783 6 11 1:36.359 6
12 3 Daniel Rikkardo Renault 13 1:36.704 3 12 1:36.406 6
13 5 Sebastyan Fettel Ferrari 12 1:36.655 6 13 1:36.631 6
14 99 Antonio Covinatsi Alfa Romeo 15 1:37.075 6 14 1:38.248 6
15 11 Serxio Peres Racing Point 6 1:36.034 3 15 1
16 7 Kimi Rəykkönen Alfa Romeo 16 1:37.555 6
17 20 Kevin Maqnussen Haas 17 1:37.863 9
18 63 Corc Rassell Williams 18 1:38.045 8
19 51 Pyetro Fittipaldi Haas 19 1:38.173 9
20 6 Nikolas Latifi Williams 20 1:38.443 7
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*