Tsunoda Peresi əvəzləyə bilər?

Gənc yapon sürücü ona ünvanlanan sualları cavablayıb və gələcək F1 karyerasından danışıb.

F-1.az bildirir ki, Serxio Peresin xüsusilə son 3 yarışda uğursuz çıxışı və çempionatda komanda yoldaşından xeyli geri qalması artıq onun gələcəyi ilə bağlı müxtəlif şayiələrə səbəb olur.

Yuki Tsunoda: “Yaxşı, Çekonun növbəti mövsümün sonuna qədər müqaviləsi var və mənə elə gəlir ki, Red Bull ondan razıdır. Ona görə də mən sadəcə özümə diqqət etməliyəm və dəyərimi artırmalıyam.

Düşünürəm ki, hər halda bunu zaman göstərəcək. Mənə elə gəlir ki, indi AlphaTauri-də olmaq və bütün komandalara öz bacarıqlarımı göstərmək mənim üçün yaxşıdır. Yalnız daha çox Red Bull-un diqqəti cəlb etmək yaxşıdır.

İndi karyeramı hansı F1 komandasında davam etdirmək istədiyimi və ya çempionatda nə etmək istədiyimi seçə bilmirəm. Red Bull seçimini edəcək, amma mən sadəcə karyerasını davam etdirmək üçün seçim imkanı olan bir yarışçı olmaq istəyirəm.

Açığı, son bir neçə ildə davamlı olaraq yüksək nəticələri olan komandaya düşmək istəyirəm. Ola bilsin ki, bir gün AlphaTauri bu ən yaxşı komandalar arasında olacaq və ayrılmaq üçün heç bir səbəb olmayacaq. Amma yenə də diqqəti çox cəlb etmək yaxşıdır, çünki bu, sizin yüksək dəyərinizi göstərir. Mənə elə gəlir ki, biz sürücülər həmişə belə şeylərdən razıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*