S.Peres: Fərqli sazlanmalar axtardıq

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, cümə günü iki maşında fərqli sazlanmalar axtarıblar.

F-1.az xatırladır ki, meksikalı sürücü Əbu Dabidəki cümə sərbəst yürüşlərində 5-ci olub. Lakin o, uzun müddət yarış tempində işləyib.

Serxio Peres: “Trasın keçən ilə nisbətən nə qədər təkmilləşdiyini bilmirəm. Sözün düzü, trasın indiki versiyaslnda sürmək daha yaxşıdır, amma yarışda necə olacaq bilmirəm.

İki maşınla fərqli sazlanmalar yoxladıq. Buna görə də sıralanma turu üçün ən yaxşı sazlanmanı seçə biləcəyik. Sıralanma turunda yaxşı nəticə üçün sonuncu sərbəst yürüşlərdə də öyrənməyə davam edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*