12 Dekabr 2019, Cümə axşamı - 09:43

Ş.Lekler: “Nə oldu bilmirəm”

Ş.Lekler: “Nə oldu bilmirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

19:56 - 30 Noyabr, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, son cəhdində baş verən hadisəni anlamayacaq.

F-1.az xatırladır ki, monakolu sürücü son cəhdinə başlamamışdan əvvəl damalı bayraq sallanıb və sessiya başa çatıb. Buna görə də Lekler son cəhdinə başlaya bilməyib.

Son cəhdlərdən əvvəl 22 yaşlı sürücünün önündə Fettel, onun da önündə Elbon var idi. Onlar sürətli dövrələrinə başlasalar da, Lekler geridə qalıb.

Şarl Lekler: “Düzünü desəm, necə olduğunu bilmirəm. Məyusedicidir, çünki üçüncü yeri tuta bilərdim. Fərq çox az idi. İlk cəhdimdən razı idim. İkinciyə başlaya bilməmək pis oldu. Necə oldu bilmirəm. Lakin həyat belədir. Komanda bunun təkrarlanmaması üçün təhlillər aparacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 66
Teqlər , , ,
Paylaş

logo