15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:08

Ə.Nyui:”Red Bull 2016-cı ildə çox zəif olacaq”

Ə.Nyui:”Red Bull 2016-cı ildə çox zəif olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

20:13 - 29 Yanvar, 2016

“Aerodinamikanın atası” sayılan Ədrian Nyui bildirib ki, Red Bull 2016-cı ildə daha zəif olacaq…

F-1.az xəbər verir ki, Red Bull gələn il də Renault mühərriklərindən istifadə edəcək. Mövsümün ilk yarışlarında Avstriya təmsilçisinin problemlər yaşaması gözlənilir.

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bu barədə fikirlərini bildirib: “Hazırda mühərriklə bağlı ciddi problemlər yaşayırıq. Ona görə də şassi və mühərrik arasındakı balansı tapmalıyıq.

Formula1 üzrə 1967-ci il mövsümündə Cosworth şirkəti Lotus-u güclü mühərriklə təmin etmişdi. Amma bu mühərrik çox güclü oldu. Lotus idmanın yaxşılığı üçün digər komandaların bu mühərrikdən istifadə etməsinə icazə verdi.

Heyf ki, indiki dövrdə bu cür düşünənlər yoxdur. Əgər sağlam rəqabət yoxdursa, qazanmağın mənası yoxdur.

Başqaları sizin şassinizə baxaraq, onun nüsxəsini çıxara bilərlər, ancaq rəqibləriniz mühərriki görə bilməz. Ona görə də inkişaf etmək üçün Ferrari kimi çoxlu pul xərcləmək lazımdır.

Böyük ehtimalla keçən ildən daha pis vəziyyətdə olacayıq. Ümid edirik ki, mövsümün ikinci yarısında fərqi bağlayaraq, Mercedes və Ferrari ilə mübarizə apararıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 498
Teqlər , , ,
Paylaş

logo