17 Noyabr 2019, Bazar - 14:00

M.Ferstappen niyə mübarizəni dayandırıb?

M.Ferstappen niyə mübarizəni dayandırıb?

Müəllif: Rauf Hacıyev, redaktor

11:03 - 14 Oktyabr, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen yarışın ilk dövrəsində Leklerlə insidentdən sonra 25 faizlik asfaltayatma qüvvəsi itirib.

F-1.az xatırladır ki, iki sürücü Yaponiya yarışının startında yan-yana gəlib və Lekler hollandiyalı sürücünü vuraraq, tras xaricinə çıxarıb. Yerində fırlanaraq 18-ci yerə düşən Ferstappen yüksələ bilməyib və 15-ci dövrədə mübarizəni dayandırıb. Lekler isə yarışı 6-cı yerdə bitirsə də, aldığı cəzalara görə 7-ci olub.

Kristian Horner: “Altlıq çox zədələnmişdi. Bolid 20-25 faiz asfaltayatma qüvvəsi itirdi. Mübarizə aparmağın mənası yox idi. Detalları və motoru qorumaq üçün mübarizəni dayandırdıq.

Hadisəni daha çox araşdırmaqla düz elədilər. O qəzada Lekler daha çox yer buraxa bilərdi. Maks ondan öndə idi. Yarışmaqlarına icazə verirlər. Lakin bəzəm ağ edirlər. İkisi də mübarizədən kənar qaldı və bu, pis oldu. İkisinin də qələbə uğrunda mübarizəsini görmək gözəl olardı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 116
Teqlər , , , ,
Paylaş

logo