Liam Louson: “Çətin yarış alınıb, amma pozitiv məqam odur ki, pit-leynindən start aldıqdan sonra xal qazana bilmişik. Məncə, daha çox mövqe qazanmaq potensialımız var idi, çünki maşının sürəti var. Bununla belə, Braziliyada keçiriləcək növbəti mərhələdən əvvəl əla formadayıq.
Təəssüf ki, Arvid finişə çata bilməyib, amma yaxşıdır ki, vəziyyəti qaydasındadır. Komanda olaraq Mühəndislər Kubokuda beşinci yer uğrunda mübarizəni davam etdirəcəyik”.





