L.Louson AlphaTauri-nin sükanı arxasına keçəcək

AlphaTauri komandası Spada cümə sərbəst yürüşlərində Liam Lousonun çıxış edəcəyini bildirib.

F-1.az xatırladır ki, bu il hər komanda ən az iki dəfə sərbəst yürüşlərdə gənc sürücülərin xidmətindən yararlanmalıdır. Bəzi komandalar mövsümün ilk yarısında bu haqlarından istifadə ediblər.

AlphaTauri bu gün verdiyi açıqlamada bildirib ki, Liam Louson ilk dəfə Belçikada sükan arxasına keçəcək. Gənc sücü cümə günü birinci sərbəst yürüşlərdə Qaslini əvəz edəcək. Lousonun Red Bull-un sükanı arxasına keçməsi də gözlənilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*