F.Tost: Louson SuperFormula-da qazanmalıdır

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Liam Louson Formula1-də yarışmaq istəyirsə, Super Formula-da qalib gəlməlidir.

F-1.az xatırladır ki, Liam aşağı seriyalarda uğurlu çıxış edib və bu mövsüm Super Formula seriyasında debüt edəcək. Bu seriyada mübarizə sıxdır və yeni zellandiyalı sürücü özünü yaxşı tərəfdən göstərməlidir.

Frants Tost: “Liam SuperFormula-da çempion olmalıdır. Bu çox vacibdir. Bunu isbatlamalıdır. Testlərdə bizimlə işləyərək özünü göstərdi. Ona vaxt verməliyik. Sonra görək nə olur.

Həmişə demişəm, bütün sürücülərin karyerası öz əlindədir. Formula1-ə gəlmək öz əllərindədir. Sürücü gərək peşəkar kimi hərəkət etsin və çox işləsin. Müasir Formula1-də rəqabət sıxdır. Çempionata qatılmağa layiqli sürücü çoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*