F.Tost sürücüsünü müdafiə edib

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Nik de Friz üçün narahat olmağa dəyməz.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il Formula1-də debüt mövsümünü keçirir. Lakin o hələ də gözləntiləri qarşılaya bilməyib və 5 yarışdan sonra xal qazana bilməyən iki sürücüdən biridir. Amma Nikin finiş nəticələri daha zəif olduğu üçün digər xalsız sürücü Loqan Sarcentdən geridə sonuncu pillədə qərarlaşıb.

Bu hal niderlandlı sürücüyə qarşı olan tənqidləri artırıb və artıq deyilənə görə onun yerinə Danile Rikkardonu gətirmək istəyirlər.

Frants Tost: “Həmişə dediyim kimi debütantlar üçün öyrənmə müddəti və qızalar çox normaldır. Qəza etməyən sürücü limitlərini də öyrənə bilməz. Bu onlara verməli olduğumuz güzəştdir. Əks halda işlərini görə bilməzlər.

Qəza etməyən sürücü yoxdur. Sebastyanın ilk yarışlaırnı xatırlayıram. Əksər hallarda ilk dövrədən sonra ön qanadı olmazdı. Həmişə dediyim kimi, əgər Formula1-ə debütant sürücü gəlirsə, buradakı işləri anlayana qədər onlara 3 il vermək lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*