P.Qasli: Bolid ağır idi

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, il ərzində bolidi yüngülləşdirə bilməyiblər.

F-1.az xatırladır ki, AlphaTauri keçən il mövsümü altıncı yerdə bağlasa da, bu il çox zəif təsir bağışlayıb. Hazırda onlar doqquzuncu yerdə qərarlaşıblar.

Pyer Qasli: “Bolidin çəkisi 12-13 kilo ağır idi. Çəkini azalda bilmədik. Sıralanma turunda son sessiyaya qalmaq üçün 0.1-0.2 saniyə lazım olurdu. Bolidi yüngülləşdirsək, bu mümkün olacaqdı. Elə bil ki, belində çanta ola-ola qaçırsan. Bolid ağır olanda təkərlər tez qızır və tez yeyilir. Bolidin potensialı olsa da, ağırılığa görə problemlər yaşadıq.

Mövsümün əvvəlində gözləntilərimiz çox yüksək idi. Heç vaxt belə yüksək gözləntimiz olmamışdı. Yeni reqlamentə görə düşünürdük ki, orta qrupda güclülərdən biri olarıq. Lakin bolid ağır oldu. Nəticədə hədəflərimizə çata bilmədik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*