N.Yanamoto Toro Rosso-ya keçə bilər

Naoki Yanamoto gələn il Toro Rosso komandası ilə Formula1-də yarışa bilər.

F-1.az xatırladır ki, Honda bu il Red Bull ilə daha yaxşı performans göstərməyə başlayıb. Yaponiyalı mühərrik istehsalçısı idmana yaponiyalı sürücü salmaq istəyir. Gənc Nobuharu Matsuşitanın nəticələri belə görünür ki, Honda-nı qane etməyib. Lakin keçən il həm Super Formula-da, həm də SuperGT-də çümpion olan Naoki Yanamotonun adı tez-tez Toro Rosso komandası ilə ilə nir çəkilir. Toro Rosso komandası hazırkı sürücü heyətini saxlamaq istəsə də, Honda ilə olan tərəfdaşlığa görə Yanamotonu gələn il İtaliya komandasında görə bilərik. Yaponiyalı sürücü Suzukadakı sərbəst yürüşlərdə STR14-ün sükanı arxasına keçə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*