N.de Friz: Geridə qala bilərik

AlphaTauri komandasının sürücüsü Nik de Friz bildirib ki, birinci yarışda arxa planda qala bilərlər.

F-1.az xatırladır ki, niderlandlı sürücü Bəhreyndəki cümə sərbəst yürüşlərində 19-cu yeri tutub.

Nik de Friz: “İlk dəfədir ki, ikinci sərbəst yürüşlərdə sürürəm. Gün ərzində inkişaf etdik və bundan razıyam. Birinci sərbəst yürüşlərdən ikinci sərbəst yürüşlərə qədər tras şəraiti dəyişir. Məncə, komanda olaraq yaxşı işlədik.

Görəcəyimiz çox iş var. Özümüzü ikinci planda görürük. Ancaq əminəm ki, həftəsonu ərzində inkişaf edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*