P.Qasli: Red Bull Ferstappenə görə qurulub

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, Red Bull komandası Maks Ferstappenə görə qurulub.

F-1.az xatırladır ki, fransalı sürücü keçən il Red Bull komandasına transfer olsa da, aldığı pis nəticələrə görə yenidən bala olan Toro Rosso-ya geri qaytarılmışdı. Lakin 23 yaşlı sürücü Toro Rosso komandası ilə Braziliyada ikinci olaraq karyerasının ilk podyumunu qazanmışdı.

Toro Rosso bu ildən AlphaTauri adlanacaq və Qasli burada yarışmağa davam edəcək.

Pyer Qasli: “Keçən il Red bull-da daha güclü ola bilərdim və olmalı idim. Komandaya qayıda bilsəydim, nəticələrim daha yaxşı olardı. Çünki son zamanlarda çox şey ötrəndim. Ancaq AlphaTauri-yə yaxşı əticələr qazandırmaqçün var qüvvəmlə yarışacam.

Maksla komanda yoldaşı olmaq çətindir. Red Bull komandası onunçün xüsusi qurulub və hamı bunu istəyər. Formula1 komanda idmanıdır və uğur üçün bütün komanda yaxşı olmalıdır. Bir nəfərin yaxşı performans göstərməsi ilə uğur qazanmaq olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*