D.Kvyat iddiaları təkzib edib

Toro Rosso komamdasınım sürücüsü Daniil Kvyat gələn il Alfa Romeo-ya keçməyəcəyini deyib.

F-1.az xatırladır ki, Helmut Marko 25 yaşlı sürücünü gələn il üçün Red Bull komandasına transfer etməyəcəyini deyib. Buna görə də rusiyalı pilotun Alfa Romeo-ya gedəcəyi ilə bağlı iddialar artıb.

Daniil Kvyat: “Alfa Romeo barədə heç nə bilmirəm. Sadəcə komandama fokuslanmışam. Bir neçə fərqli xəbər eşitmişəm, ancaq 2020-ci ildə komandam var və xoşbəxtəm. Toro Rosso-nu sevirəm və burada yarışdığım üçün xoşbəxtəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*