P.Qasli: Mayamidə təmiz həftəsonu keçirməliyik

AlphaTauri komandasının rəhbəri Pyer Qasli bildirib ki, Mayamidə yaxşı nəticə üçün təmiz həftəsonuna ehtiyacları var.

F-1.az xatırladır ki, fransalı sürüce İmolada çox zəif təsir bağışlayaraq, xalsız qalıb.

Pyer Qasli: “İmolada cümə günü bizim üçün yaxşı keçsə də, sıralanma turunda doğru sazlanma tapa bilmədik və geridə qaldıq. Daha sonra Sprintdə qəza oldu və yarışa sonuncu yerdən başladım. Daha sonra isə DRS qatarında ilişib qaldım. Lyuis arxamda, Elbon önümdə idi. Keçə bilmədim.

Bir neçə yenilik gətirsək də, İmoladakı hava şəraitinə görə necə işlədiklərini bilmədik. Buna görə də Mayamini səbirsizliklə gözləyirik. Orada onları test edib nəticə çıxara bilərik.

İmolada Yuki yaxşı nəticə qazandı. Bu da o deməkdir ki, maşınımız işləyir. Çox şey sıralanma turundan asılıdır. Ancaq Mayamidə ötmə mümkündür. Lakin növbədə sıralanma turunun vacib olduğu İspaniya və Monako var. Simulyatorda Mayamidə 130 dövrə vurdum. Tras mənə maraqlı gəldi. Ümid edirəm ki, hər şey yaxşı olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*