P.Qasli: “Qızların getməsi utancvericidir”

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, düzülüşdəki qızlardan imtina utancvericidir.

F-1.az xatırladır ki, düzülüşdəki qızları bu ildən etibarən uşaqlar əvəz edəcək.

Pyer Qasli: “Sözün açığı, düzülüşdəki qızlarla verilən qərarın doğru olduğunu düşünmürəm. Bu mövzunun müzakirəsi də mənasızdır. Onları burada zorla işlətmirdilər. Amma elə təəssürat yaratdılar ki, guya onlarla burada pis davranırlar. Deyirlər ki, qadınların əxlaqına qarşı səhv addımdır. Lakin mən indiki qərarın utancverici olduğunu düşünürəm. Ümid edirəm ki, bu barədə yenidən düşünərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*