P.Qasli: Maşın güclü idi

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, Niderland yarışında bolidi güclü olub.

F-1.az xatırladır ki, fransalı sürücü yarışı başladığı yerdə – 4-cü – bitirib.

Pyer Qasli: “Həm özümə, həm də komanda adına sevinirəm. İki Mercedes və Maksın arxasında dördüncü olmaq gözəl nəticədir. Bütün həftəsonu ərzində əla işlədik. Bolid güclü idi və bundan həzz alırdım, çünki bolidin sürətli getməsi həmişə xüsusidir. Həzz aldım. Bolid hazırfa bütün şəraitlərdə əla işləyir. Alpine-lə mübarizə aparırıq və hazırda komandada ruh var. Komandamız hazırda ən yaxşı sezonunu keçirir və bundan həzz alıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*