Toro Rosso komandası adını dəyişir?

Toro Rosso komandası gələn ildən adını dəyişib AlphaTauri qoya bilər.

F-1.az xatırladır ki, Red Bull şirkəti 2006-cı ildə Minardi komandasını almış və adını Toro Rosso qoymuşdu. O dövrdən bəri komandanın adı dəyişməyib və mənası italyanca Qırmızı Öküzdür. Avstriya şirkəti Toro Rosso-nu gənc sürücülərin yetişməsi üçün istifadə edir. Sebastyan Fettel, Daniel Rikkardo, Karlos Sayns və Maks Ferstappen karyeralarının ilk illərini burada keçiriblər. Bundan başqa Red Bull öz məhsullarını reklam etmək üçün Toro Rosso-dan istifadə edir.

Britaniya mətbuatının verdiyi xəbərə əsasən Red Bull bala komandasının adını dəyişmək istəyir. Toro Rosso adı məşhur dəb markası olan AlphaTauri ilə əvəzlənə bilər. AlphaTauri kainatdakı ən qədim ulduz qruplarından olan Taurus ulduz dəstəsindən adını alıb. Ad dəyişikliyinə Formula1 rəhbərliyi razılıq verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*