Qəzalar Toro Rosso-nu yaman xərcə salıb

Toro Rosso komandası 2018-ci ildə sürücülərinin qəzalarına görə maşın təmirinə 2 milyon avro pul xərcləyib.

F-1.az xatırladır ki, italyanlar Mühəndislər Kubokunda 33 xalla 9-cu olublar. Ən yaxşı nəticələri isə Bəhreyn yarışında Qasli ilə əldə etdikləri dördüncülük olub.

Frants Tost: “Bu il yaxşı yarışlarımız olsa da, pis yarışlar da keçirdik. Ən yaxşı yarışımız Bəhreyn idi və orada Pyerlə 4-cü olmuşduq. Bundan başqa Monako və Macarıstanda 6-cı olaraq, əla iş gördük. Spa da yaxşı yarışlarımızdan idi, çünki xal almağı gözləmirdik. Lakin 9-cu olduq. Meksikada isə 10-cu yeri tuta bildik. Bu mövsüm çox qəza etdik və buna görə 2.3 milyon avro xərcimiz çıxdı. Barselonada Qasli və Romanın qəzası böyük qəza idi. Pyerin Fransada Okonla qəzasında da edə biləcəyi heç nə yox idi. Kanadada Stroll və Hartlinin qəzası ağır idi. Bundan başqa Brendon asılqan probleminə görə Britaniyadakı üçüncü sərbəst yürüşlərdə böyük qəza etmişdi.

Montsada isə Brendon rəqibləri Stoffel və Erikssonla təmas yaşamış və bolidin hər tərəfi yox olmuşdu. Bu, heç də yaxşı hal deyildi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*