P.Qasli: Tsunoda Formula1-i ciddiyə alır

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, Yuki Tsunoda artıq Formula1-i daha ciddiyə alır.

F-1.az xatırladır ki, yaponiyalı sürücü Formula1-də keçən il debüt etmiş və daha çox etdiyi qəzalarla yadda qalmışdı. Nəticədə o komanda yoldaşı Qasliyə 78 xal uduzmuşdu.

Pyer Qasli: “Yuki artıq Formula1-i daha çox ciddiyə alır və bu yaxşı haldır. Dediyinə görə inkişafında mənim də rolum var imiş.

Bu il komanda olaraq işləyirik. Keçən il ayrı-ayrılıqda işləyən cüt idik. Mən təcrübəli, o da debütant sürücü idi. Bu il isə sahib olduğumuz bolidi təkmilləşdirmək üçün birlikdə işləməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*