P.Qasli: Gələn mövsümə artıq başlamışam

Pyer Qasli yeni komandası Alpine-də ilk dəfə sükan arxasına keçib və Əbu Dabidəki mövsümsonrası testlərdə 130 dövrə vuraraq ən yaxşı dördüncü nəticəni göstərib.

F-1.az xəbər verir ki, fransız sürücü test günü və komanda ilə tanışlığı barədə təəssuratlarını bölüşüb.

Pyer Qasli: “Testlər çox yaxşı keçdi və maşınla tanış oldum. Deyə bilərəm ki, hər şey yaxşı keçdi. Uyğunlaşma uğurlu alındı, amma hiss etdim ki, kokpitdə hər şey başqa cür qurulub – oturacağın yeri, əyləc və qaz pedalları, sükan və s. Qiymətləndiriləcək çox şeyim var idi, amma hər şey yaxşı oldu və bütün planlaşdırılan proqramı tamamladım. Bu, gözəldir.

Alpine sükanı arxasında trasa ilk dəfə çıxmaq emosional oldu. Hələ kombinezonumda bütün loqolar yox idi, amma fikrimcə artıq 2023 mövsümünə başlamışam. Məncə trasa mümkün qədər tez çıxmaq və hazırlaşmağa başlamaq vacib idi. Görüləsi çox iş var idi, məsələn, mühəndislərlə qarşılıqlı əlaqə yaratmaq və s. Builki maşın yaxşıdır və bu, ümidvericidir. Görülən işlərdən razıyam. Qışda çox işləməliyik, amma növbəti mövsümə hazırlaşmağa vaxtımız var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*